Şahidlərin sözlərinə görə, İsrail döyüş təyyarələri Fələstin müqavimət qruplarına aid bəzi hərbi məntəqələri hədəf alıb. Şəhərin şərqindəki hərbi məntəqə bir neçə raketlə hədəfə alınıb. Hücumda ölən və ya yaralananlar barədə məlumat verilməsə də, ətrafdakı evlərə və torpaqlara ziyan dəyib.
İsrail ordusu Qəzza zolağına hücum edən döyüş təyyarələrinə atəş açan ağır pulemyotu da hədəfə aldığını açıqlayıb. Ordudan verilən yazılı açıqlamada gecə saatlarında İsrail döyüş təyyarələri ilə yəhudi yaşayış məntəqələrinə atəş açan ağır pulemyotlu pilotsuz uçuş aparatı (PUA) ilə Qəzzanın hədəf alındığı bildirilib.
Digər tərəfdən, Fələstin müqavimət qrupları Qəzza zolağı üzərində təyyarələrə yer-hava raketləri ilə cavab verməyə davam edir. Fələstinli qruplar yazılı açıqlamada “İşğalın (İsrailin) təcavüzünə cavab verməyə davam edirik” deyilir. Qeyd edilib ki, Qəzzaya yaxın yəhudi yaşayış məntəqələri bir sıra raketlərlə hədəfə alınıb.
İsrail səlahiyyətlilərindən verilən yazılı açıqlamada, Tel-Əviv ətrafı da daxil olmaqla ölkənin cənub, şimal və mərkəzindəki yaşayış məntəqələrində sığınacaqların açıldığı qeyd edilib.
Digər tərəfdən İsrail ordusu Livana hücuma keçdiyini açıqlayıb. Ordudan verilən yazılı açıqlamada “İsrail ordusu indi Livana hücum edir. Detalları daha sonra açıqlayacağıq”. Bəyanatda başqa təfərrüatlara yer verilməyib.
Livan-İsrail sərhədində xidmət edən Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL), İsrailin Qəzzaya hava hücumları ilə eyni vaxtda Livan-İsrail sərhədində yaşanan gərginlikdən sonra yazılı açıqlama verib.
Bəyanatda fikirlərinə yer verilən UNIFIL komandiri Aroldo Lazaronun hər iki ölkənin rəsmiləri ilə keçirdiyi görüş nəticəsində “İsrail və Livan müharibə istəmədiklərini bildiriblər”. ifadəsini işlətdi.
Bəyanatda həmçinin, “Son 24 saat ərzindəki hərəkətlər təhlükəlidir və ciddi gərginlik riski yaradır. Biz bütün tərəfləri Mavi Xətt üzrə bütün hərəkətlərini dayandırmağa çağırırıq”. deyildi.
İsrail polisinin Məscidül-Əqsada müsəlmanlara qarşı səs bombaları, rezin üzlüklü güllələr və dəyənəklərlə iki gecə ardıcıl olaraq qeyri-mütənasib güc tətbiq edərək müdaxiləsi işğal altındakı Şərqi Qüdsdə gərginliyi daha da artırıb və hadisələrə səbəb olub.
İsrail ordusu Livandan ölkənin şimal bölgələrinə silsilə raketlər atıldığını, ölkənin şimal bölgələrində xəbərdarlıq sirenlərinin işə salındığını açıqlayıb.
İsrail Xarici İşlər Nazirliyi hücumda 34 raket atıldığını bildirib. İsrail ordusu axşam saatlarında Livandan İsrailin şimalına 3 minaatan mərmisinin atıldığını açıqlayıb.
Red Star of David fövqəladə hallar xidməti də sığınacağa qaçarkən qəlpələrə tuş gələn bir israillinin yüngül, digərinin isə yaralandığını paylaşdı.
İsrail Ordusu raket hücumlarının Livanda yerləşən HƏMAS ünsürləri tərəfindən həyata keçirildiyini açıqlayıb və HƏMAS-ı günahlandırıb.
İsrail Ordusu bəyan edib ki, Livan hökuməti də öz ərazisindən İsrailə raket zərbələri endirməkdə məsuliyyət daşıyır.
Mənbə: AA
Tərcümə“24 SAAT”