2023-01-14 19:58:14
Böyük Britaniya baş nazirinin ofisindən verilən açıqlamaya görə, Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Ukraynadakı müharibənin son vəziyyətinin müzakirə edildiyi görüşdə Rişi və Zelenski Ukraynaya qlobal hərbi və diplomatik dəstəyin sürətləndirilməsi barədə razılığa gəliblər.
Baş nazir Sunak bəyan edib ki, Britaniya ölkəsinin Ukraynaya dəstəyini, o cümlədən Challenger 2 tankları və əlavə artilleriya sistemləri ilə təmin edəcək. Sunak həmçinin vurğulayıb ki, o və Britaniya hökuməti Ukraynanın üstünlüklərindən istifadə etməyə, Rusiyaya qarşı müharibədə qalib gəlməsinə və davamlı sülhün bərqərar olmasına səbəb olacaq dəstəyi tez bir zamanda təmin etmək üçün beynəlxalq tərəfdaşlarla intensiv işləyəcək.
Zelenski isə görüşdən sonra Twitter hesabında paylaşdığı paylaşımda Sunak’a verdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib. “Mən onlara nəinki bizi döyüş meydanında gücləndirəcək, həm də digər tərəfdaşlara düzgün siqnal göndərəcək qərarlara görə təşəkkür etdim”, – deyə Zelenski bildirib.
Britaniya ordusunun əsas döyüş tankı “Challenger 2” 1998-ci ildə inventarlaşdırılıb. Hal-hazırda 2035-ci ilə qədər xidmətdə qalması üçün proseslərdən keçən Challenger 2, İraq müharibəsində diqqət çəkdi.
Tərcümə“24 SAAT”