2023-01-19 08:00:14
class=”medianet-inline-adv”>
Randonun Tulon şəhərindəki qocalar evində yuxuda öldüyü bildirilir. 1904-cü ildə Fransanın cənubunda anadan olan Randon iki dünya müharibəsinin şahidi olub və həyatının böyük hissəsini katolik kilsəsinə həsr edib. Kor olmasına və əlil arabasından istifadə etməsinə baxmayaraq, Randon həyatının son illərini qocalar evində insanlara kömək etməklə keçirdi. Rahibə həyatı boyu 27 Fransa prezidentini görüb. Jurnalistlər ondan uzun ömür sürməsinin sirrini soruşduqda “Yalnız Allah bilir” cavabını verən Randon 2021-ci ildə COVID-19-u məğlub edən ən yaşlı insan kimi də tarixə düşüb.
Tərcümə“24 SAAT”