Sərkisyan: “Niyə susursunuz?”
Ermənistan prezidenti Serj Sərkisyan ötən gün hakim Respublika Partiyasının iclasında partiyanın işi ilə bağlı narazılığını bildirib.
Avropa.info xəbər verir ki, bu barədə Respublika Partiyasının deputatı Vazgen Rarxanyan bildirib.
Serj Sərkisyanın narazılığının səbəbi nə idi? – sualına deputat “Əlbəttə, narazılıq üçün bəzi səbəblər vardı”, – deyib.
Onun sözlərinə görə, Sərkisyan bəzi siyasətçilərin “erməni tərəfinin böyük insan itkisi verməsi, hərbi rəhbərliyin yol verdiyi səhvlərlə” bağlı iradlar qarşısında respublikaçı deputatların niyə susmasına irad tutub.
Vazgen Karxanyanın sözlərinə görə, iclasda Rusiya ilə münasibətlər müzakirə olunmayıb. Sərkisyan sadəcə onu deyib ki, anti-rusiya isteriyasına yol vermək olmaz. Ermənsitan prezidenti Dördgünlük müharibədə atəşkəsi əldə etdiyinə görə Rusiyaya minnətdarlığını bildirib.