Dünya
Türkiyədə növbəti hücum,ölənlər var
PKK yaraqlıları mayın 2-si axşam saatlarında Türkiyənin cənub-şərqindəki hərbi postu qumbaraatan və avtomat silahlardan atəşə tutublar.
Toqquşma nəticəsində 2 əsgər və 5 yaraqlı ölüb.
İnsident İraq və İranla sərhəd bölgəsində yerləşən Hakkari əyalətinin Semdinli rayonunda baş verib.
Bu əyalətdə əsasən kürdlər yaşayır.
Bu barədə mayın 3-də Türkiyə ordusu məlumat yayıb.
PKK ötən ilin iyulunda hökumətlə atəşkəs razılaşmasından çıxdıqdan sonra Türkiyədə bu cür hücumların artdığı müşahidə olunur.
Kürd yaraqlılarının 1984-cü ildən bu yana Türkiyədə müstəqillik uğrunda apardıqları silahlı mübarizə nəticəsində ümumilikdə 40 mindən çox adam ölüb.