Sosial
Su idarəsinin müdiri fırıldaqla məşğuldur – Mingəçevir
Mingəçevir sakinləri Su Kanal İdarəsinin müdiri Mustafa Kərimovdan narazılıq edirlər.
24saat.org-un məlumatına görə, evlərin həyətində quraşdırılmış sayğaclar qış vaxtı donvurmadan yararsız hala düşüb. Lakin həmin sayğaclar qeyd olunan idarə tərəfindən dəyişdirilmir. Həmçinin sakinlər hər ay 5 manat su pulu ödəmək istəmir. Sakinlər sayğaclar işləyən vaxt 2 aya 5 manat su pulu ödəyirdilər, indi isə onlardan hər ay 5 manat su pulu ödəmək tələb edilir.
Bu isə sakinlərin narazılığına səbəb olub.
24saat.org