Dünya
İran 100 «Boeing» almaq istəyir
İran «Boeing» şirkətiylə 100 təyyarənin alınması üzrə razılaşma əldə edib. İranın mülki aviasiya idarəsinin rəhbəri Ali Abedzadeh deyib ki, İranın 250 təyyarəsindən 230-u dəyişilməlidir.
Bu razılaşmanın yekunlaşmasından ötrü «Boeing» ABŞ hökumətinin təsdiqini almalıdır.
«Boeing» iyunun 15-də bildirmişdi ki, sərnişin təyyarəsi almaq istəyən İran hava şirkətiylə danışıqlar aparır.
Yanvarda sanksiyalar qaldırılandan İran 200-dək təyyarə sifariş edib. Tehran uzun müddət idi köhnəlmiş hava donanmasını yeniləmək niyyətini bildirmişdi. Səbəb də Vaşinqton və digər Qərb ölkələrinin qoyduğu ticarət qadağaları idi.