Dünya
Uorlik prezidentlərin görüşünə münasibət bildirdi
Sankt-Peterburq şəhərində keçirilmiş görüş, eləcə də birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımlardır.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.
“Biz danışıqlar yolu ilə həll istiqamətində işləməliyik”, C.Uorlik əlavə edib.