2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Əmək haqqı və sosial layihələrin ləngiməsinin şok sirri – PULLAR QARA BAZARA AXIR

İcra başçsı və nazirlik rəsmiləri “heç nədən” necə pul qazanır?

Son vaxtlar bəzi nazirlik və komitələrdə əmək haqqının aylarla ləngiməsi, habelə icra hakimiyyətləri tərəfindən həyata keçirilməli olan bir sıra layihələrin müxtəlif bəhanələrlə təxirə salınması medianın mütəmadi surətdə gündəmə daşıdığı problemlərdəndir. Bugünlərdə özəl mənbədən 24saat.org-a bu ləngimələrin səbəbi ilə bağlı ilginc informasiya daxil olub. Bilgili mənbənin verdiyi məlumata görə, icra hakimiyyəti və nazirliklərin dövlət büdcəsindən ayrılan vəsaiti birbaşa sosial-iqtisadi yönümlü layihələrə cəlb etməməsinə səbəb bu vəsaitdən kapital kimi istifadə etmələridir.

Mənbənin sözlərinə görə, devalvasiyadan sonra maliyyə-iqtisadi sektorun bütün sahələrində nağd pula tələbat kəskin surətdə artıb ki, məmur təbəqəsi bu fürsətdən istifadə edərək dövlət büdcəsindən konkret layihə və ya əmək haqları üçün ayrılan vəsaiti bir və ya bir neçə ay ləngidir. Bu müddət ərzində ayrılan vəsait həmin məmurlar tərəfindn “münasib” bank və valyutadəyişmə məntəqələrinə, yaxud iş adamlarına verilir. Həmin şəxslər isə öz növbələrində olduqca böyük pul kütləsini dövriyyəyə buraxaraq həm özlərinə, həm də məmurlarına milyonlarla manat vəsait qazandırırlar. Nəticədə, dövlət əhəmiyyətli layihələrin, minlərlə insanın əmək haqqısının aylarla ləngiməsi hesabına məmur kontingenti sərvət üstünə sərvət qazanır.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə “yuxarıların” baş verənlər haqqında məlumatlı olduğunu, fəqət prosesə müdaxilə edərək nisbətən aşağı ranqlı məmurları “dolanışıq yerindən” məhrum etmək istəmədiklərini bildirib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button