Dünya
Məhkəmədə 4 nəfər intihara cəhd etdi
Moskvanın cənubundakı Naqatainski rayon məhkəməsində insident baş verib.
24saat.org Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılan 4 nəfər məhkəmə prosesi zamanı nümayişkarənə şəkildə özlərini öldürməyə cəhd edib.
İlkin məlumata görə, məhkəmə çəkişməsinin fiqurları olan həmin şəxslər öz qollarını doğramağa macal tapsalar da, xəsarətləri ciddi olmayıb. Həkimlər dərhal onlara ilkin yardım göstərib.
Onların nə üstündə tutulduqları və şəxsiyyətləri hələ ki açıqlanmır.