Dünya
Obama Avropaya yeni “qəddar” dünya vəd etdi
Postunu təhvil verməyə hazırlaşan ABŞ prezidenti Barak Obama avropalılara tez bir zamanda dünyanın daha “qəzəbli, sərt və mürəkkəb” olacağına dair xəbərdarlıq edib.
Moderator.az CNN-ə istinadən xəbər verir ki, bu bəyanatı o, Almaniya kansleri Angela Merkel ilə görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Prezident, Almaniyanın kansleri, Avropa ölkələrinin liderləri kim olursa-olsun, bunu anlamalıdırlar. Sinizmin tərəfində olan qüvvələr meydana gələcək, onlar digər problemlərdən üz döndərəcəklər. Onlar həssas vəziyyətdə olan insanlara yardım etməyəcəklər, çünki bu onlara siyasi cəhətdən sərfəli olmayacaq”, – Obama bəyan edib.
Onun sözlərinə görə, əgər qərb ölkələrinin güclü transatlantik alyansı olmayacaqsa, onlar gələcək nəsilə “daha pis dünya” miras qoyacaqlar.