Now Reading:
Abid Şərifovun İsrail xəstəxanasına yerləşdirildiyi bildirilir

Abid Şərifovun İsrail xəstəxanasına yerləşdirildiyi bildirilir

Ötən həftənin ortalarında Azərbaycan baş nazirinin müavini 77 yaşlı Abid Şərifovun ürək tutması ilə xəstəxanaya aparıldığı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, yerli mütəxəssislər müayinədən sonra onun həyatının təhlükədə olduğunu hesab ediblər və baş nazirin müavini İsrailə aparmağı tövsiyə ediblər.

Onun, İsrailin Hayfa şəhərində yerləşən “Rambam” xəstəxanasına aparıldığı qeyd edilir.

Verilən xəbərə görə, Abid Şərifov xüsusi reyslə aparılıb, “Rambam”a gəldikdə onu artıq, mütəxəssislər qrupu gözləyirmiş.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.