2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Azərbaycandakı həbslərdən narahatdı

“Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq”

ABŞ Azərbaycan hökumətini ölkədəki hüquq və azadlıqlara hörmət etməyə çağırıb.
Səbəb hakimiyyətin son günlər azad media orqanı olan “AbzasMedia”ya təzyiqi və əməkdaşlarının həbsidir.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər. Onlar qaçaqmalçılıqda təqsirli bilinirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləri sübuta yetirilərsə, Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs edilə bilərlər.

Hər ikisi bu ittihamı rədd edir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

İctimai fəal Məhəmməd Kekalov da noyabrın 20-də evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. İki gündür ki, ondan xəbər yox idi. Noyabrın 22-də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Meydan TV-yə bildirib ki, o, polis bölməsindədir, məsuliyyətə cəlb edilib.

Lakin hansı polis bölməsində olması və hansı işlə bağlı məsuliyyətə cəlb edilməsi barədə ətraflı məlumat verməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hər üç şəxsin həbsi, həmçinin Ülvi Həsənlinin saxlanıldığı zaman fiziki zorakılığa məruz qalmasından dərin narahat olduqlarını bildirib.

Biz Azərbaycan hökumətini hamının hüquq və azadlıqlarına, o cümlədən, ifadə azadlığına hörmət etməyə çağırırıq”, – Miller əlavə edib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button