2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Bakı və Yerevanı gərginliyin qarşısını almağa çağırır

Birləşmiş Ştatlar hesab edir ki, Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masası arxasındadır.

Bazar ertəsi Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycanın Ermənistan qoşunlarının sərhəd yaxınlığında cəmləşdiyi haqqında bəyanatına münasibət bildirib.

O deyib ki, Avropa İttifaqının sərhəddəki  monitorinq missiyası bunu təkzib edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Azərbaycan hökumətinin bəyanatını gördük və qeyd etmək istərdim ki, dünən Aİ-nin müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədinin stabil və sakit olduğunu, xüsusi bir qoşun və ya artilleriya hərəkətinin müşahidə olunmadığını bildirib”, deyə Miller brifinqdə Turan-ın suallarına cavabda deyib.

“Biz  sərt çagırışlardan və sərhəd boyunca hərbi əməliyyatlardan çəkinməyə çağırırıq”, deyə o, əlavə edib.

Dövlət katibi Blinkenin Ermənistan rəhbərliyi ilə gözlənilən görüşünü nəzərə alaraq, Vaşinqtonun potensial gərginliyin qarşısını almaq üçün Azərbaycana müraciət etmək niyyəti varmı? Bu suala cavabda Miller belə deyib: “Biz həm Ermənistana, həm də Azərbaycana gərginliyin heç kimin marağına uyğun olmadığını başa salmağa davam edəcəyik”.

Bu həftə Brüsseldə keçiriləcək görüşə gəlincə, Miller təkrar edib ki, söhbət Ermənistanda islahatlardan,  demokratiya, iqtisadiyyat və sabitlikdən gedir.

“Sülh prosesi bu görüşdə diqqət mərkəzində olmayacaq; bu, ABŞ, Aİ və Ermənistan arasında Ermənistan iqtisadiyyatının şaxələnməsi, humanitar yardım, qaçqınlara dəstək və demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstəyin müzakirəsi üçün keçirilən görüşdür. Bu, regional görüş deyil”, deyə o qeyd edib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button