2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Cənubi Qafqazda COVİD hallarının artmasını diqqətlə izləyir

Vaşinqton/11.11.21 ABŞ Cənubi Qafqaz regionunda COVİD-19 yayılma tendensiyasını diqqətlə izləyir, ABŞ Dövlət Departamentinin COVİD-19-a qlobal reaksiya üzrə koordinatoru Qeyl Smit TURAN-ın Vaşinqton müxbiri ilə söhbətində deyib.

Cənubi Qafqazın  üç ölkəsi – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya və daha 75 ölkə CDC-nin (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi) 4-cü səviyyəsinə daxil edilib. Bu siyahı COVİD-19 çox yüksək səviyyədə olduğunu göstərir.

Bir gün öncə dövlət katibi Entoni Blinkenin keçirdiyi COVİD-19 üzrə virtual konfrans zamanı Cənubi Qafqaz ölkələri bu siyahıda yox idi.

Saytların yığılması Saytlarin yigilmasi

Blinken öz çıxışında bütün dünyada vaksinlərin ədalətli paylanmasını təmin etmək və pandemiyaya son qoymaq üçün həmkarlarını ABŞ-a dəstək verməyə çağırıb.

Nazirlərin görüşündən sonra jurnalistlər qarşısında çıxış edən koordinator Smit deyib ki, Dövlət Departamenti prezidentlərin qlobal sammitindən öncə  xarici işlər nazirlərinin iştirakı ilə daha bir raund keçirməyi planlaşdırır. Bu sammit barədə Bayden sentyabr ayında elan edib.

Cənubi Qafqaz ölkələri nazirlərinin növbəti görüşə dəvət olunub-olunmayacağı barədə Turan-ın sualına cavab verən Smit deyib ki, “bu, birmənalı olaraq ediləcək”. O qeyd edib ki, bu məsələdə vətəndaş cəmiyyətləri böyük rol oynaya bilər.

“Biz səfirliklərimiz vasitəsilə bütün dünyada vətəndaş cəmiyyətinin nümayəndələrilə müntəzəm qarşılıqlı əlaqə saxlayırıq və biz bunu davam etdirmək niyyətindəyik, çünki onlar olmadan uğur qazana bilmərik”, – o əlavə edib. -25B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button