2022-12-21 11:32:33
Dünən ABŞ-ın Kaliforniya əyalətinin şimalında yerləşən Humboldt qraflığında Ferndaledən təxminən 15 kilometr aralıda baş verən 6,4 bal gücündə zəlzələnin balansı aydınlaşır.
Humboldt dairəsinin şerif ofisinin məlumatına görə, zəlzələ nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Humboldt boyunca yollara və evlərə böyük ziyan dəyib. Ölkədə elektrik kəsilməsini izləyən PowerOutage.us-un məlumatına görə, zəlzələdən sonra təxminən 79 min ev və iş yeri işıqsız qalıb. Kaliforniya qubernatoru Gavin Newsom Humboldtda fövqəladə vəziyyət elan edib.
Dünən yerli vaxtla saat 02:34 radələrində baş verən zəlzələdən sonra təxminən 80 afterşok qeydə alınıb.
Tərcümə“24 SAAT”