2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ: Diplomatiya İranın nüvə proqramını cilovlamaq üçün ən yaxşı yoldur

Bakı/06.10.21 Çərşənbə axşamı prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri israilli həmkarı Eyal Hulatana bildirib ki, diplomatiya İranın nüvə proqramını cilovlamaq  üçün ən yaxşı yoldur, baxmayaraq ki, danışıqlar uğursuz nəticələnərsə, Vaşinqtonun başqa variantlara əl ata bilməsinin mümkünlüyü barədə Baydenin Tehrana xəbərdarlığını təsdiqləyib. Bu barədə Reuters xəbər verir.

Baydenin baş köməkçisi Ceyk Sallivan məsləhətləşmələr üçün İsrailin milli təhlükəsizlik üzrə müşaviri Eyal Hulatanı qəbul edib. ABŞ-ın rəsmi nümayəndəsinin sözlərinə görə, bu məsləhətlşmələr iki müttəfiqə kəşfiyyat məlumatlarını bölüşmək və Tehranın nüvə proqramının nə qədər irəli getdiyinə dair “baza rəyi”ni hazırlamağa imkan verib.

2015-ci il sazişinə əsasən, İran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində uranın zənginləşdirilməsi proqramını, nüvə silahına mümkün yolu məhdudlaşdırıb. ABŞ-ın o zamankı prezidenti Donald Tramp 2018-ci ildə sövdələşmədən çıxıb və İsrail hökuməti onun bərpası ilə bağlı  ABŞ səylərinə qarşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Amerikalı ekspertlər hesab edirlər ki, “nüvə sıçrayışı”na – nüvə bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana nail olmaq üçün İrana lazım olan vaxt Tramp müqavilədən çıxdıqdan sonra “12 aydan bir neçə aya qədər azaldılıb” – bundan öncə amerikalı məmur anonimlik şəraitində bildirib.

İsrailin regionda qatı düşməni olan İran nüvə bombası istehsal etdiyini daim inkar edir.

Çərşənbə axşamı danışıqlar zamanı   Sallivan “prezident Baydenin İsrailin təhlükəsizliyinə və İranın heç zaman nüvə silahı almayacağı təminatına fundamental sadiqliyini qeyd edib”, – Ağ Evin bəyanatında deyilir.

“Cənab Sallivan açıqlama verib ki, administrasiya hesab edir ki,  diplomatiya bu məqsədə nail olmaq üçün ən yaxşı yoldur, həmçinin qeyd edib ki, prezident aydın şəkildə işarə edib ki, diplomatiyanın uğursuz olacağı təqdirdə Amerika Birləşmiş Ştatlar başqa variantlara müraciət etməyə hazırdır”, – əlavə olunub.

Sallivanın sözləri, avqustda Ağ Evdə görüş zamanı Baydenin İsrailin baş naziri Naftali Bennetə verdiyi mesajla səsləşir.

Çərşənbə axşamı hərbi, kəşfiyyat və diplomatiya nümayəndələrinin iştirak etdiyi Amerika-İsrail strateji məsləhət qrupunun iclası İranla beynəlxalq diplomatiyanın dalana dirənməsi fonunda keçirilib.

Qərb fövqəldövlətləri həftələrdir ki, Tehranı Vyanada ABŞ ilə birbaşa olmayan danışıqları bərpa etmək öhdəliyini öz üzərinə götürməyə razı salmağa çalışıblar. Danışıqlar iyun ayında – barışmaz din xadimi Ebrahim Raisi İran prezidenti seçildikdən sonra dayandırılıb və Tehran danışıqlar masası arxasına nə zaman qayıdacağını bilmir.

ABŞ rəsmiləri İranla diplomatiyanın uğursuz olacağı təqdirdə hansı addımların atılacağını açıqlamaqdan imtina ediblər.

Çərşənbə axşamı danışıqlardan öncə jurnalistlərə məlumat verən ABŞ-ın yüksək vəzifəli məmuru bunun hərbi variantları əhatə edib-etməməsi barədə sualın cavabında deyib ki, “biz lazımi tədbirləri görməyə hazır olacağıq”.

Bəzi rəsmilərin və analitiklərin sözlərinə görə, Tehranın ləngiməsinin arxasında sonda danışıqlar bərpa edildikdə, o cümlədən uranın zənginləşdirilməsi proqramının irəliləməsi yoluyla  əlavə güzəştlər əldə etmək üçün rıçaqlar almaq cəhdi dayanır.

Reuters-in məqaləsində deyilir ki, ultra-sağçı siyasətçi Bennet açıq şəkildə işarə edib ki, Baydenin İsrailin real təhlükə hesab etdiyi İrana qarşı mövqeyini sərtləşdirməsini istəyir.

Bununla yanaşı  İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Aviv Koxavi İrana və onun nüvə proqramına qarşı fəaliyyətlərini (gizli əməliyyatlar da daxil olmaqla)  artıracaqlarını deyib,  AP bildirib.

Kohavi deyib ki, İsrail və onun kəşfiyyat birliyi “İranın Yaxın Şərqdə regional möhkəmlənməsinə qarşı iş aparır”.

“İran potensialının məhv edilməsi üzrə əməliyyatlar müxtəlif arenalarda və istənilən vaxt davam etdiriləcək”, – o, general-mayor Aaron Halivin kəşfiyyatın yeni rəisi təyin olunduğu mərasimdə deyib. bildirib.

“İranın nüvə proqramına qarşı əməliyyat planları inkişaf etməkdə və təkmilləşməkdə davam edəcək”, – o əlavə edib. Hansı hadisənin baş verməsindən asılı olmayaraq, “bizim borcumuz vaxtında və effektiv hərbi cavabı verməkdir”.—0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button