2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ Dövlət Departamenti: “Azərbaycan hakimiyyəti insan hüquqlarının pozulmasında təqsiri olanları cəzalandırmır”

ABŞ Dövlət Departamenti göstəriciləri pis olan ölkələrdə kobud pozuntular və sui-istifadə hallarının mənfi təsvirini “Dünyada insan hüquqları haqqında 2019-cu il üçün Məruzə”də təqdim edir, xəbəri TURAN-ın ABŞ-dakı müxbiri verib.

Dövlət katibi Mayk Pompeo çərşənbə günü Dövlət Departamentində məruzənin nəşri ilə bağlı keçirilən tədbirdə çıxışında İran, Çin, Venesuela və Kubada ciddi pozuntuları qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məruzədə ümumilikdə 200 ölkə və ərazidəki vəziyyət qiymətləndirilir.

Azərbaycan haqqında hissədə insan hüquqları, işgəncələr, qanunsuz həbslər, həbsxanada həyat üçün təhlükəli olan saxlama şəraiti, siyasi məhbuslar, şəxsi həyata müdaxilə, məhkəmə hakimiyyətinin müstəqil olmaması problemi, söz, mətbuat və İnternet azadlığının ciddi şəkildə məhdudlaşdırılması, jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin təqibi və həbsi və digər məsələlər əksini tapıb.

Azərbaycanla bağlı hesabatın tam mətnini bu linkdə oxumaq olar:

“Azərbaycan hökuməti insan hüquqlarını pozan vəzifəli şəxslərin əksəriyyətini cəzalandırmayıb, onların cəzasızlığı problem olaraq qalır”, deyə hesabatda bildirilir.

Vaşinqtonda Xarici Mətbuat Mərkəzində jurnalistlər qarşısında çıxış edən ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisi Robert Destro qeyd edib ki, “Vaşinqton harada baş verməsindən asılı olmayaraq, insan hüquqları pozuntularına diqqət çəkmək üçün öz səsindən və dünyadakı mövqeyindən istifadə etməyə sadiqdir”.

Turan-ın Azərbaycandakı vəziyyət haqqında sualına cavabda dövlət katibinin köməkçisi deyib ki, Vaşinqton Azərbaycan hökuməti, habelə hüquq müdafiəçiləri ilə qarşılıqlı fəaliyyəti davam etdirir və “biz bundan sonra da bu fəaliyyəti davam etdirmək niyyətindəyik”.

Bu arada, “biz ölkədə vəziyyətlə bağlı həqiqətən realist olmalıyıq. Buna görə insanları həbslərinə səbəb ola biləcək şeylər etməyə çağırmıram. Bir çox yerlərdə hüquq müdafiəçisi olmaq kifayət qədər çətindir”, deyə Destro bildirib.

Diplomat həmçinin Azərbaycanı regiondakı yaxın qonşuları ilə müqayisə etməkdən yayınıb.

“Bu hesabatların məqsədi sadəcə yerlərdəki faktlar haqqında məlumat verməkdir. Hansısa konkret ölkədə proseslərin necə inkişaf etdiyini bilmək istəyirsinizsə, hər il dərc edilən hesabatları müqayisə edə bilərsiniz”, deyə o bildirib.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button