2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Hafiz Babalının həbsi və mediaya təzyiqlərlə bağlı çağırış edib

“Azərbaycanı insan hüquqları və əsas azadlıqlara hörmət etməyə çağırırıq”

ABŞ Azərbaycanda media nümayəndələrinin saxlanılması və araşdırmaçı jurnalist Hafiz Babalının həbsi ilə bağlı narahatlığını ifadə edib.

Dövlət Departamentinin nümayəndəsi Metyü Miller brifinq zamanı deyib ki, ABŞ KİV-də repressiyalar məsələsini dəfələrlə Azərbaycan hökuməti qarşısında qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən hər hansı konkret qarşılıqlı fəaliyyətdən danışmıram, amma biz bu məsələni dəfələrlə qaldırmışıq”, – Dövlət Departamentinin rəsmisi “Turan”ın müxbirinin sualına cavabında belə deyib.

Metyü Miller media nümayəndələrinə qarşı son repressiyalar, o cümlədən korrupsiya əleyhinə yazan jurnalist Hafiz Babalının həbsindən narahatlığını ifadə edib.

Dövlət Departamentinin rəsmisi Azərbaycanı insan hüquqları və əsas azadlıqlara hörmət etməyə çağırıb:

“Jurnalistlərin saxlanmasıyla bağlı indiki tendensiya dərin narahatlıq doğurur. Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən fikrin ifadə olunması azadlığını həyata keçirənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”.

Hafiz Babalı Azərbaycanda “AbzasMedia” işi ilə bağlı saxlanılan 5-ci jurnalistdir.

“AbzasMedia” işi…

Son zamanlar hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan “AbzasMedia” ilə bağlı kompromat xarakterli materiallar dərc edilir.

Həmin materiallarda Hafiz Babalının da adı hallanıb.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıb.

Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.

Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib.

Daha sonra isə media qurumla əməkdaşlıq etmiş jurnalist Nərgiz Absalamova ifadə verməyə çağırılıb və saxlanılıb.

Ona qarşı da eyni ittihamla cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb.

Media qurumunun ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər.

Onlar baş verənləri mediaya qarşı “qisas” kimi xarakterizə ediblər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button