2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanı öhdəliklərini yerinə yetirməyə çağırır

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkisinin həqiqi rəqabət olmadan məhdudlaşdırıcı mühitdə keçməsi haqda müşahidə və narahatlığını paylaşırıq”. Bunu ABŞ-ın ATƏT-dəki missiyası fevralın 15-də yaydığı bəyanatında bildirib. Missiya Azərbaycanda erkən prezident seçkisinə cavab vermək hüququndan yararlandığını qeyd edir.

“Azərbaycan konstitusiya və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan haqları, fundamental azadlıqlar və demokratik proseslərə öhdəliyini ifadə edib. Azərbaycanı bu öhdəlikləri və DTİHB-nin əvvəlki və qarşıdakı tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – missiyanın sədr müavini vəzifəsini icra edən Treysi Nyuellin (Tracey Newell) yaydığı bəyanatda deyilir.

DTİHB-nin Azərbaycanda seçkilərlə bağlı tövsiyələrinə qanunvericilikdə dəyişikliklər edilməsi, sərbəst toplaşmaq azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatının asanlaşdırılması və başqa məsələlər var. Hakimiyyət təmsilçiləri bu tövsiyələri obyektiv saymırlar.

Saytların yığılması Saytlarin yigilmasi

ATƏT DTİHB fevralın 8-də açıqladığı hesabatında Azərbaycanda fundamental azadlıqlara məhdudiyyətlərin əsl demokratik seçki standartlarına zidd olduğunu bildirmişdi. Bakıdakı ABŞ səfirliyi də bu hesabatda deyilənlərlə razılaşdığını bəyan edib.

“Birləşmiş Ştatlar Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun işini və həyata keçirdiyi seçki müşahidə missiyalarını tam dəstəkləyir. Müşahidəçilərin hərtərəfli, peşəkar və qərəzsiz qiymətləndirməsini dəyərləndirir, onların tövsiyələrinə ciddi yanaşırıq”, – ABŞ-ın ATƏT-dəki missiyası belə deyir.

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi (Mark Libby) fevralın 15-də jurnalistlərlə görüşündə deyib ki, ölkəsinin rəhbərliyi prezident İlham Əliyevin yeni mandatı dövründə Azərbaycanla işləməyi davam etdirməyi səbirsizliklə gözləyir.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button