2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ-ın Azərbaycandakı səfiri Bakı ilə münasibətlərin pozulmasının səbəblərindən danışdı

“İki ölkənin bir çox ümumi strateji marağı var və onlar əsasən üst-üstə düşür”

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Vaşinqtonla Bakının münasibətlərində müəyyən sahələr üzrə ziddiyyətin olduğunu bildirib.

Bu barədə səfir fevralın 15-də bir qrup jurnalistə müsahibəsində danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Mark Libbi Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılmasından narahatlığını ifadə edib:

Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılması ilə bağlı narahatlığımızı bildirdik. Həmçinn ABŞ-ın Azərbaycandakı yardım və mədəni proqramlarının təhrif olunmasından narahatlığımızı açıqladıq. Bu, münasibətlərimizə mənfi təsir göstərir”.

Diplomatın sözlərinə görə, bu vəziyyəti düzəltmək üçün çoxlu imkan var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahə var:

“Bunlar təhlükəsizlik, enerji və digər sahələrdir”.

“Azərbaycanda insan hüquqları məsələsi çox vacibdir və dini azadlıqlar bu azadlıqların bir hissəsidir. Dövlət Departamentinin dini hüquqların pozulmasına dair hesabatındakı tənqid dindarların təqib olunması ilə bağlı konkret hallara aiddir”,-deyə səfir əlavə edib.

Mark Libbi “Turan”ın “Anti-Azərbaycan qüvvələrin Vaşinqton tərəfindən maliyyələşdirilməsilə bağlı Bakının ittihamlarından və Ermənistanla sülh müqaviləsi bağlanmadan əvvəl, ABŞ-ın rəsmi səfərlərdən imtina etməsindən sonra iki ölkə arasındakı mövcud münasibətləri necə qiymətləndirir” sualına cavabda diplomat etiraf edib ki, müəyyən dövrlərdə bu münasibətlər “müxtəlif” olub:

“Azərbaycan tərəfindən Amerika siyasətinin ünvanına çoxlu tənqidlər səsləndirilib, ABŞ isə müxtəlif məsələlərlə bağlı narahatlığını ifadə edib. Buna baxmayaraq, iki ölkənin bir çox ümumi strateji marağı var və onlar əsasən üst-üstə düşür. Azərbaycan əhalisinin əksəriyyətinin də istədiyi kimi, Azərbaycanın öz qonşuları ilə sülh şəraitində yaşayan güclü və müstəqil dövlət olması ümumi maraq dairəsindədir. Buna görə də ABŞ-ın məqsədi Ermənistanla sülhün tezliklə bağlanması üçün şərait yaratmaq istəyi kimi formullaşdırıla bilər”.

Sərhəddəki son atışmaya toxunan Mark Libbi deyib ki, bu hadisələr əsaslı narahatlıq yaradır və hər iki tərəfin qarşısına eskalasiyaya yol verməmək, münaqişənin uzunmüddətli həllini tapmaq vəzifəsini qoyur:

“Hər iki ölkə ərazi bütövlüyünə riayət etməlidir, əks halda nizamlanma olmayacaq”.

“Niyə ABŞ İlham Əliyevi seçkidən sonra təbrik etməyib və ATƏT tərəfindən seçkilərin qiymətləndirilməsinin təkrarlanması ilə kifayətlənib” sualına səfir cavab verib ki, Vaşinqton ATƏT-in seçki pozuntuları ilə bağlı hesabatında göstərilən narahatlığı bölüşür. Amma diplomat təbrik barədə suala aydın cavab verməkdən yayınıb.

Mark Libbi ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən tətbiq etməsinin səbəblərinə də toxunmayıb:

“Düşünmürəm ki, indi Azərbaycanın hərbi yardıma ehtiyacı var”.

Diplomat Azərbaycanda 10 jurnalistin həbsi barədə bildirib ki, demokratiyaya sadiq ölkə jurnalistləri öz işlərinə görə həbs etmir:

“Niyə burada bunun baş verdiyinə mən cavab verə bilmərəm. Azad və müstəqil mətbuat demokratiyanın göstəricilərindən biridir”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button