2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Bakı, Tbilisi və Yerevanda danışıqlar aparıb

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli Cənubi Qafqaz paytaxtlarında regional səfərdə olub.

O, Bakı, Tbilisi və Yerevanda yüksək vəzifəli məmurlarla görüşlər keçirib və danışıqlar aparıb, İrana qarşı sanksiyaları müzakirə edib.

Peyli səfərin yekunlarına dair X platformasındakı hesabında belə yazıb: “Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları və bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli məmurlar və özəl sektorun nümayəndələri ilə görüşdüm”.  

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, o, Bakıda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button