2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“ABŞ-ın yeni sanksiyaları qarşısında Rusiya heç nə edə bilməz”

Sergey Ryabkov: “Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb”

Hikmət Hacızadə: “Moskvanın iddia etdiyi kimi hansısa cavab tədbirləri görməsi mümkün deyil”

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb. XİN rəhbərinin müavini Sergey Ryabkov ABŞ-ın bu addımlarının Moskvanın kursuna təsir edə bilməyəcəyinə Rusiya şirkətləri və vətəndaşlarının yeni sanksiyalardan zərər görməyəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, ABŞ hökuməti Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın 38 fiziki və hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. O deyib ki, bu tədbirlər Moskvanın problemin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq: “ABŞ administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”, – deyə nazir vurğulayıb.

Politoloq Hikmət Hacızadə Azadliq.info-ya açıqlamasında deyir ki, Rusiyanın ABŞ-ın sanksiyaları qarşısında heç nə edə bilməyəcəyi tam aydındır. Onun böyük güc dövlətinə rəsmi Moskvanın iddia etdiyi kimi, hansısa cavab tədbirləri görməsi mümkün deyil. Politoloqun fikrincə, ABŞ-ın yeni sanksiyaları qarşısında Rusiya heç nə edə bilməz:

“Rusiya yalnız Amerikanın məhsul və texnologiyalarının satışını dayandıra bilər. Ölkəsinə qarşı yeni sanksiyalar tətbiq edilən Rusiya ABŞ-ın rəhbər işçilərini boykot edə bilər ki, onlar Rusiyaya gəlməsin. Bundan başqa Rusiya hansısa ciddi addımlar atmaq iqtidarında deyil. Sadəcə olaraq, Putin sanksiyalara qarşı ağılla hərəkət edə bilmir. Yəni sanksiyalar qoyulduqca, o, mənasız prinsip nümayiş etdirib geri çəkilmək istəmir”.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button