2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ konqresmenləri Vaqner-i terrorçu siyahısına salmaq istəyirlər

Birləşmiş Ştatlar konqresmenləri Rusiyanın Vaqner muzdlu döyüşçülər qrupunun xarici terrorçu təşkilat (FTO) hesab olunmasını tələb edən qanunvericiliyi bir daha səsverməyə çıxaracaqlar. Bunu bir qrup demokrat və respublikaçı senator dünən – fevralın 15-də bildirib. Dövlət Departamenti qarşısında belə bir tələb qoyula bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Demokrat Ben Kardin (Cardin) və respublikaçı Rocer Vikerin (Roger Wicker) başçılıq etdiyi qrup sözügedən aktı yenidən müzakirəyə təqdim etdiklərini deyiblər. Sənəd ötən Konqres işini başa çatdıranadək qəbul olunmamışdı.

Vaqner-in FTO siyahısına salınması onun insan haqları pozuntularına görə məsuliyyətə cəlb olunması deməkdir.

Kardin və Viker insan haqlarının təbliğiylə məşğul olan ABŞ Helsinki Komissiyasının həmsədrləridir.

Vaşinqton bir müddətdir Vaqner qrupunu hədəfə alıb.

Maliyyə Nazirliyi ötən ay bu qrupu genişmiqyaslı insan haqları pozuntuları üçün məsuliyyət daşıyan çoxmillətli kriminal təşkilat elan edib.

Rusiya Prezidenti Vladimir Putinə yaxın olduğu deyilən oliqarx Yevgeni Priqojinin təsis etdiyi qrup Ukraynadakı müharibədə ən qızğın döyüşlərdə iştirak edir. Priqojin özü Rusiya boyunca həbsxanaları gəzərək məhbusları müharibəyə cəlb edib. Onlara döyüşə getmək qarşılığında azadlıq vəd olunub.

Ukraynada hazırda 50 min Vagner döyüşçüsünün olduğu bildirilir. ABŞ hökumətinin hesablamalarına görə, onlardan təxminən 10 mini artıq həlak olub.

24 saat” “
ABŞ konqresmenləri Vaqner-i terrorçu siyahısına salmaq istəyirlər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button