ABŞ kəşfiyyat şefindən ETİRAF: “İŞİD-in formalaşmasına imkan yarardıq”
2011-ci ildə Amerika hərbiçilərinin İraqdan çıxarılması İŞİD terror qruplaşmasının formalaşması və güclənməsinə imkan yaradıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan deyib.
“Mən düşünmürəm ki, Amerika qoşunlarının İraqdan çıxarılması İŞİD-in yaradılmasının səbəbi idi. Amma düşünürəm ki, bu, sonrakı hadisələrə töhfə verən əsas amil oldu. Çünki biz orada deyildik, İraq hakimiyyətinə kömək edə bilmirdik”, – deyə Brennan bildirib.
O etiraf edib ki, 2003-cü ildə ABŞ qoşunlarının İraqa girməsi dünyanın bu hissəsində zorakılığa və qan tökülməsinə gətirib çıxardı.
MKİ-in direktoru həmçinin hesab edir ki, Amerika hərbçiləri İraqda qalsaydılar belə, İŞİD öz tərəfdarlarına çağırış üçün bundan istifadə edə bilərdi.