2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ ‘oğurlanmış’ FTB agenti barədə İrandan məlumat tələb edir

Birləşmiş Ştatlar İran hökumətini 2007-ci ildə İranda səfərdə olarkən “oğurlanmış” keçmiş FTB agenti barədə suallara “düzgün cavablar” verməyə çağırıb.

ABŞ dövlət katibi Entoni Blinken martin 9-da deyib ki, Birləşmiş Ştatlar Bob Levinsonu heç vaxt heç unutmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Martın 9-da Levinsonun yoxa çıxmasının 14-cü ildönümü tamam olub.

Blinken habelə Tehranı hazırda İranda “ədalətsiz dustaqlıqda” olan bütün ABŞ vətəndaşlarını azad etməyə çağrıb.

Dövlət katibi deyib ki, adamların siyasi məqsədlərlə saxlanması praktikasına dərhal son qoyulmalıdır.

1948-ci il təvəllüdlü Levinson 2007-ci ilin martında İranın Kiş adası kurortunda olarkən yoxa çıxıb.

Bəzi xəbərlərə görə o həmin vaxt ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi fəaliyyət göstərirdi.

Birləşmiş Ştatlar bundan əvvəl dəfələrlə İranı Levinsonun yerini müəyyənləşdirməyə və vətənə qayıtmasına şərait yaratmağa çağırıb.

İran Levinson barədə heç bir məlumatının olmadığını deyir

İran rəsmiləri Levinson barədə heç bir informasiyalarının olmamasında israr edirlər.

Lakin o yoxa çıxarkən İran dövlətinə bağlı media qurumlarından biri agentin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlandığına dair reportaj vermişdi.

2020-ci ilin dekabrında ABŞ-ın keçmiş administrasiyası Levinsonun “oğurlanmasında, saxlanmasında və mümkün ölümündə” əli olduğuna inanılan iki İran kəşfiyyat əməkdaşına sanksiyalar qoyub.

Bu arada Birləşmiş Ştatlar martin 9-da İran İslam Keşikçiləri Korpusunun (İİKK) iki rəsmisinin adını qara siyahıya salıb.

Onlar 2019-2020-ci illərin etirazları zamanı ciddi insan haqları pozuntuları törətməkdə ittiham olunurlar.

İİKK istintaqçıları Əli HemmətianMəsud Safdari və onların ailə üzvlərinə ABŞ ərazisinə daxil olmaq qadağan edilib.

Blinken bildirib ki, sözü gedən iki rəsmi siyasi məhbuslara qarşı işgəncələr törədib.

İran hakimiyyət orqanları bu xəbərlərlə bağlı hələki şərh verməyib.

24 saat” “ABŞ ‘oğurlanmış’ FTB agenti barədə İrandan məlumat tələb edir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button