2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Rusiyaya: "Gəlin, dialoq aparaq, qarşıdurmaya getməyək"

Vaşinqton/09.02.22  Çərşənbə axşamı ABŞ Moskvaya “münaqişəyə və qarşıdurmaya getməmək, dialoq aparmaq” çağırışlarını təkrarlayıb.

“Biz gərginliyin səngiməsi, daha çox şəffaflığın təmin edilməsi və etimadın möhkəmləndirilməsi hesabına konkret nəticələrə səbəb olacaq açıq, ədalətli dialoqda iştiraka hazırıq”, – ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter ABŞ Dövlət Departamentinin təşkil etdiyi brifinqdə jurnalistlərə bildirib.

“Görülən bütün işlər ATƏT-in 57 üzvünün 50 il ərzində dəfələrlə təsdiqlədikləri əsas prinsiplərə hörmət əsasında qurulmalıdır: suverenlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli. Bu prinsiplərə yenidən baxıla bilməz”, – Karpenter deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Çərşənbə axşamı ATƏT Vyanada Avropada təhlükəsizlik üzrə yenilənmiş dialoqun ilk iclasını keçirib. Görüş Polşanın xarici işlər naziri, ATƏT sədri Zbiqnev Raunun təşəbbüsü ilə baş tutub.

Dialoq qarşılıqlı təhlükəsizliyimizin möhkəmləndirilməsi naminə diplomatiya yolu ilə birlikdə getməkdən ötrü ATƏT-in üzvü olan 57 dövlət üçün imkandır. Əgər biz münaqişədən qaçmaq istəyiriksə, bu, lazımdır”, –  Rau deyib.

Rusiya öz təhlükəsizliyinin qayğısına qalır və öz hərəkətlərini məhz bununla izah edir. Vaşinqton hesab edir ki, təhlükəsizlik o demək deyil ki, bir ölkə digərini güc ilə təhdid edə bilər; onun ərazisinə daxil ola bilər və ya ona özünə müttəfiq seçməyi qadağan edə bilər, yaxud xarici siyasəti diqtə edə bilər, dövlət katibinin müavini Vendi Şerman deyib.

Turan-ın müxbirinin “belə olduğu halda Moskva və Vaşinqton nədən danışa bilər” sualına cavabda Karpenter işarə edib ki, beynəlxalq düzənin əsas prinsipləri üzrə “alver” ola bilməz. “Suverenlik, ərazi bütövlüyü üzrə alver ola bilməz, bir dövlət digərindən bu və ya digər xarici siyasəti yürütməyi tələb etmək, ittifaqlara daxil olmaq və ya daxil olmamağı qadağan etmək hüququna malik ola bilməz. Bütün bunlar müzakirə edilmir”.

O qeyd edib ki, hazırda masa üzərində Avropada raketlərin yerləşdirilməsi, hərbi şəffaflıq, etimadın möhkəmləndirilməsi tədbirləri kimi məsələlər müzakirəsi durur.

“Adi silahlar üzərində nəzarətlə bağlı bir çox ideya var və Rusiya onların detallarını ciddi şəkildə müzakirə etmək istəsə, bunu müzakirə etməkdən məmnun olarıq”,- o deyib.

“Biz bu mövzuları dərinləşdirməyə hazırıq, amma əsas prinsiplərimizə yenidən baxmayacağıq”, – o, fikrini yekunlaşdırıb. -25B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button