2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Rusiyaya kömək edən Özbəkistan şirkətinə sanksiya qoydu

Məlumatda deyilir ki, Özbəkistanın Promcomplektlogistic şirkəti Radioavtaomatika şirkətinə Rusiyaya qarşı ABŞ sanksiyalarından yaylınmaqda fəal dəstək verib

Birləşmiş Ştatlar Özbəkistandakı Promcomplektlogistic şirkətini sanksiya siyahısına daxil edib.

Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbər verilir ki, Rusiya Ukraynaya təcavüzə başlayandan sonra, martın 22-də ABŞ Rusiyanın müdafiə sənayesi üçün malların alınması ilə məşğul olan Radioavtomatika şirkətini sanksiyalar siyahısına salıb.

Məlumatda deyilir ki, Özbəkistanın Promcomplektlogistic şirkəti Radioavtaomatika şirkətinə Rusiyaya qarşı ABŞ sanksiyalarından yaylınmaqda fəal dəstək verib:

“Promcomplektlogistic özəl şirkətinin sanksiyalar siyahısına salınması bütün dünya boyunca kommersiya qurumlarına xəbərdarlıq olmalıdır: əgər siz sanksiyalar altında olan hüquqi və fiziki şəxslərlə biznes edirsinizsə özünüzü də sanksiyalarla üzləşmək riskinə atırsınız”.

ABŞ Dövlət Departamentinin qərarı ilə Promcomplektlogistic şirkətinin ABŞ-dakı bütün aktivləri dondurulub və Amerika şirkətlərinə bu firma ilə hər hansı biznes əlaqələri qadağan edilib.

2018-ci ildə təsis edilmiş Promcomplektlogistic yerüstü nəqliyyata xidmət sahəsində ixtisaslaşıb.

AzadlıqRadiosunun Özbək xidməti bildirir ki, bu şirkət Rusiya şirkətlərinə mikrosxemlər satmaqla məşğul olub.

Daşkənddə qeydiyyatdan keçirilmiş şirkətin yeganə sahibi Oleq Qrabilindir.

Onun Rusiyada da bir neçə şirkətləri var.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button