Bizim tərcüməDünya

ABŞ Şərqi Avropaya qoşun yığır! Rusiyanı hiddətləndirəcək addım

Estoniya Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-ın ölkəyə piyada birlikləri yerləşdirəcəyi bildirilib.

Açıqlamada ABŞ istehsalı olan HIMARS raket sistemi və bu sistemə aid avadanlıqların Estoniyaya da yerləşdiriləcəyi bildirilib.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, bu qərar ABŞ-ın Estoniya və Baltikyanı ölkələrdə alternativ hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə artdığını göstərir.

Pevkur bəyan edib ki, bu qərar ABŞ-ın regionun təhlükəsizliyinə uzunmüddətli sadiqliyini nümayiş etdirir və NATO-nun mövcudluğunu gücləndirir.

ABŞ piyada bölməsində adətən 80-250 əsgər var.

Ukrayna-Rusiya müharibəsinin qızışdığı bir vaxtda NATO üzvü və Rusiyanın qonşusu olan Estoniyaya göndərilməsinin elan edilməsinin NATO-nun şərq cinahını gücləndirmək məqsədi daşıdığı düşünülür.

Estoniya müdafiə rəsmiləri dekabrın 3-də ABŞ-dan 200 milyon dollarlıq müqavilə ilə HIMARS raket sistemi alacaqlarını açıqlamışdı.

a2

Rəsmilər bildiriblər ki, müqavilədə təlimlər, eləcə də sursat və avadanlıqlar təmin ediləcək.

Müqavilənin ən böyük silah tədarükü layihəsi olduğunu qeyd edən rəsmilər bunun Estoniyanın müdafiə qabiliyyətini də artıracağını bildiriblər.

Silah istehsalçısı Lockheed Martin-in ilk tədarükləri 2024-cü ildə edəcəyi gözlənilir. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Britaniya kömürə qayıdır?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button