2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

ABŞ səfiri Xocalı köçkünün evinə getdi

Bu gün, fevralın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalıdan olan məcburi köçkün ailəsi ilə görüşüb. Bu haqda səfirliyin sosial şəbəkələrdəki səhifələrində məlumat verilir.Məlumatda bildirilir ki, səfir məcburi köçkün ailəsi başçısı Tofiq Cəbrayılovla görüşüb. T.Cəbrayılovun kiçik mağazasını ziyarət edən səfir onun evinə də qonaq gedib.

Səfir T.Cəbrayılovun təcrübəsi, 1992-ci ilin fevralın 26-da Xocalıda baş verən faciəli hadisələrdən sonra onun həyatı haqda söhbət edib.T.Cəbrayılov səfirə kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaqdan ötrü gördüyü işlərdən danışıb.

“Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq. Daimi yol axtararaq irəli addımlayan və ailələrindən ötrü zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram”, səfir deyib. Diplomat  həmçinin söhbət zamanı ABŞ hökumətinin bu hadisələrdən əziyyət çəkən azərbaycanlılara kömək etməkdə davam edəcəyini qeyd edib. (“Azadlıq” radiosu)

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button