Dünya
ABŞ Türkiyədə terror olacağına dair xəbərdarlıq yaydı
ABŞ Türkiyənin turistik ərazilərinə terror hücumunun ola biləcəyinə dair vətəndaşlarına xəbərdarlıq edib
24saat.org “Reuters”ə istinadən bildirir ki, ABŞ-ın Ankara səfirliyindən Türkiyədəki Amerika vətəndaşlarına bu yöndəelektron məktub göndərilib.
“Təcili mesaj” olaraq adlandırılan məktubda “ABŞ terror təşkilatlarının Türkiyədəki məşhur turistik mərkəzlərə hücum fürsəti axtardığına dair ciddi məlumatlar əldə” ifadəsi xüsusi qabardılıb.
Sözügedən elektron məktubda bildirilib ki, Türkiyədəki xarici turistlərin toplaşdığı ərazilər terror təşkilatları tərəfindən açıq şəkildə hədəf alınacaq.