Loading...
Loading...
Dünya

ABŞ Ukraynanın ‘müharibəni udması’ üçün yardımı kəsməyəcək

“Bəzi hesablamalara görə, iqtisadi ziyan 1 trilyon dollara çatacaq, yaxud da artıq çatıb. Heç birimiz bunu dəqiq bilmirik, amma böyük olduğunu bilirik”

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğala başlayanda çoxsaylı yanlış təxminlərə əsaslanıb. Bunu ABŞ-ın aparıcı rəsmisi AzadlıqRadiosu-nun Ukrayna xidmətinə müsahibəsində deyib. Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Robin Danniqan Vaşinqtonun Kiyevə yardım, o cümlədən “bu müharibəni udmaq üçün” hərbi texnika göndərməyə davam edəcəyini, münaqişə bitəndən sonra ölkənin bərpasına yardım edəcəyini söyləyib.

Danniqan mayın 7-də verdiyi müsahibədə deyir ki, Putinin planlarından asılı olmayaraq, ABŞ strategiyanı dəyişməyəcək.

“Ukraynanın bu müharibəni udmasına kömək üçün təhlükəsizlik yardımı göstərməyə davam edəcəyik. Moskvaya elə sərt sanksiyalar tətbiq edəcəyik ki, Rusiya iqtisadiyyatını sıradan çıxarsın. NATO-nun şərq cinahında qüvvələrimizi gücləndirəcəyik”, – o vurğulayıb.

33 milyard dollar

Vaşinqtonun 2-ci Dünya müharibəsi erasına aid hərbi “lend-liz” proqramını təsdiqləməsi isə Ukraynaya və digər Şərqi Avropa ölkələrinə Rusiya işğalına qarşı savaşmaq üçün daha sürətlə avadanlıq verməyi asanlaşdırır. Danniqan yada salır ki, Konqresdən Ukrayna üçün daha 33 milyard dollarlıq yardım istənilib və bunun 20 milyardı təhlükəsizlik yardımı olacaq.

“Bu bizim Ukraynaya gecə-gündüz təhlükəsizlik yardımı göstərməyə hazır olmağımızın əlamətidir. Həmin 33 milyard dolların 8.5 milyardı iqtisadi yardım, 3 milyardı humanitar yardımdır”, – Danniqan vurğulayıb.

Rəsmi təkcə Konqresdə deyil, Birləşmiş Ştatlar boyunca Ukraynaya dəstəyin böyük olduğunu bildirib.

Ukraynanın şimalında böyük şəhərləri tuta bilməyən Rusiya qüvvələrini şərqə yönəldib. Danniqan Rusiyanın cəbhədəki uğursuzluqlarını Putinin yanlış ehtimallarının nəticəsi olduğunu deyir.

“Kreml bir çox məsələlərdə yanılıb. Kreml Kiyevi bir həftəyə tutacağı ilə bağlı yanılıb… Onlar Ukraynanı tuta bilmədilər. Şərqə çəkilməli oldular, ukraynalıları qətiyyət və cəsarətlə savaşmağa davam edirlər”, – deyən Danniqan NATO-nun parçalanmasıyla bağlı da Kremlin yanlış mövqedə olduğunu vurğulayıb.

Kəşfiyyat məlumatları, enerji asılılığı

ABŞ mediası ötən həftə Vaşinqtonun Ukraynaya ötürdüyü kəşfiyyat məlumatlarının “Moskva” kreyserinin, eləcə də Rusiya generallarının hədəfə alınmasında rolundan yazıb. Danniqan bir daha qeyd edib ki, ABŞ Rusiya generallarının hədəfə almaq üçün kəşfiyyat məlumatı verməyib. “Burası Ukraynanın əməliyyat zonasıdır. Ukraynanın özünün döyüş kəşfiyyatı var. Əla kəşfiyyatdır”, – o söyləyib.

Avropa İttifaqı (Aİ) Kremli cəzalandırmaqdan ötrü Rusiyanın enerji idxalını tədricən kəsməyi planlaşdırır. Danniqan ABŞ-ın artıq martda Rusiyadan neft, qaz və kömürə embarqo qoyduğunu, Avropanın bu məsələdə ABŞ-dan fərqli mövqedə olduğunu söyləyib.

Gözdən qaçırmayın:  Rusiya 9 mayı qeyd edir, Azovstal təslim olmur

“Öz təbii resurslarımız olduğu üçün bəxtimiz gətirib. Avropa isə hələ də bir çox hallarda… Rusiya nefti və təbii qazından asılıdır. Ancaq bu asılılığı mümkün qədər tez azaltmaq cəhdini alqışlayırıq. Gələn aylar və illər ərzində Rusiya enerjisindən asılılığı birdəfəlik bitirmək üçün mümkün qədər çox çalışmalıyıq”, – 2014-2017-ci illərdə Dövlət Departamentində enerji diplomatiyası üzrə katibin köməkçisinin müavini işləmiş Danniqan vurğulayıb.

İşğalın vurduğu ziyan

O, ABŞ-ın Rusiyanın işğalından ziyan görmüş Ukraynanın bərpasına köməyə hazır olduğunu bildirib. Mariupol və Xarkov şəhərləri böyük dağıntılara məruz qalıb. Dünya Bankı aprelin 21-də bildirib ki, işğal Ukraynanın binalarına və infrastrukturuna 60 milyard dollarlıq ziyan vurub və müharibə davam etdikcə ziyan artır.

“Bəzi hesablamalara görə, iqtisadi ziyan 1 trilyon dollara çatacaq, yaxud da artıq çatıb. Heç birimiz bunu dəqiq bilmirik, amma böyük olduğunu bilirik. İndi sual belədir ki, Ukrayna bu müharibəni udandan sonra onun bərpasına necə kömək edəcəyik. Biz, dünyadakı tərəfdaşlarımız və müttəfiqlərimiz bunu etməyə hazırdırlar”, – Danniqan bildirib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “
ABŞ Ukraynanın ‘müharibəni udması’ üçün yardımı kəsməyəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun