2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

“ABŞ və Rusiyanın ordu rəhbərliyi Bakıya kurorta gəlməyib”

Hikmət Hacızadə: “Azərbaycanın həm neytrallığı, həm də coğrafiyası nəzərə alınıb”

 

Saytların yığılması Saytlarin yigilmasi

Məlum olduğu kimi, bu gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüşün keçirilməsi planlaşdırılır. Hansı ki, bu görüşün başqa bir ölkədə deyil, məhz Azərbaycanda reallaşması fərqli mülahizələrə səbəb olamqdadır. Belə ki, əksər siyasilər hesab edir ki, bu görüşün ölkəmizdə gerçəkləşməsi həm ABŞ-ın, həm də Rusiyanın Azərbaycana verdiyi dəyərlə bağlıdır.
Maraqlıdır, doğrudanmı iki nəhəng dövlətin ordu rəhbərlərinin ölkəmizdə görüşü Azərbaycana verilən əlahiddə diqqətin nəticəsidir? Bunu Azəbaycana yönəlik xüsusi bir etimad kimi dəyərləndirmək mümkündürmü?

 
24saat.org-a açıqlama verən politoloq Hikmət Hacızadə bu görüşü Azərbaycana olan diqqətin nümunəsi kimi dəyərləndirməyin zəruri olduğunu vurğuladı:
“Əlbəttə ki, diqqət var. Burada həm Azərbaycanın neytrallığı, həm coğrafiyası vacib rol oynayır. Buna görə də Azərbaycana diqqətin olması ilə bağlı deyilənlərlə razılaşmaya bilmərik. Onlar bura kurorta gəlməyiblər. Baş verən görüşün məhz Azərbaycanda keçirilməsini ölkəmizə olan münasibətin göstəricisi kimi dəyərləndirilə bilər. Bu, birmənalıdır”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button