2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ və Suriya müxalifəti Ərdoğan-Əsəd yaxınlaşmasından narazıdır

Suriyanın siyasi və silahlı müxalifəti Ankara və Dəməşq arasında yüksək səviyyədə görüşlər keçirildikdən sonra Türkiyəni Suriya müxalifətinə sədaqətini bir daha təsdiqləməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Suriyada 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan bəri bu ölkənin Bəşər əl-Əsəd hökumətinə qarşı döyüşən müxalifətinə dəstək verib.

Reuters yazır ki, Ankara əksəriyyətini islamçılar təşkil edən Suriya müxalifətinə Dəməşq hökumətinə qarşı mübarizə üçün təlim və hərbi dəstək verib.

Lakin ötən ilin son günlərində Moskvada görüşən Türkiyə və Suriya müdafiə nazirləri miqrasiya və Türkiyə ilə sərhəddə yerləşən Suriya kürd silahlılarının məsələsini müzakirə ediblər.

Bu görüş Suriyanın silahlı və siyasi müxalifətinin ciddi narahatlığına səbəb olub.

Radikal Həyat Təhrir əş-Şəm qruplaşmasının lideri həftənin əvvəlində yayılmış videomüraciətində deyib ki, Suriya, Rusiya və Türkiyə arasında danışıqlar “təhlükəli dəyişiklikdir”.

Əhrar əş-Şəm adlı başqa bir islamçı qruplaşma isə bildirib ki, “müttəfiq Türkiyənin vəziyyəti başa düşülən olsa da”, Ankara Suriya hökuməti ilə barışığı “heç ağlına da gətirməməlidir”.

Ankara Suriya müxalifətini sakitləşdirmək istəyib

Ankara isə öz növbəsində müdafiə naziri Hulusi Akarın dili ilə bildirib ki, Türkiyə Suriyanın islamçı müxalifətinə problem yaradacaq heç bir addım atmayacaq:

“Onlar hər hansı təxribat və ya saxta xəbərlərə uyaraq mövqelərini dəyişməməlidirlər”.

Suriya müxalifətini birləşdirən Suriya Milli Koalisiyası (SMK) yanvarın 3-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Müxalifətin Türkiyə tərəfindən dəstəklənən hökumətinin başçısı Əbdürrəhman Mustafanın dediyinə görə Çavuşoğlu Türkiyənin Suriya müxalifət təşkilatlarına və Suriya müxalifətinin nəzarətində olan ərazilərə dəstəyinin davam edəcəyinə vəd verib.

Ankara Dəməşqdən nə istəyib?

Reuters yazır ki, Türkiyə və Suriya rəsmiləri arasında Moskvada keçirilən danışıqlarda əsasən Suriya kürdlərinin YPG xalq müdafiəsi dəstələrinin məsələsi müzakirə olunub.

Agentlik bir vəzifəli Türkiyə rəsmisinə istinadla yazır ki, Ankara qiyamçı dəstələrin reaksiyalarından xəbərdardır, “amma Türkiyə öz siyasətini özü müəyyən edir”.

O əlavə edib ki, nazirlərin ilk görüşündən nəsə nəticə gözləmək düzgün olmazdı.

Rəsmi bunu da deyib ki, Ankara Moskva danışıqlarında Dəməşqdən YPG-ni terrorçu təşkilat kimi tanımasını istəyib.

Türkiyə Suriya kürdlərinin YPG qruplaşmasına Kürdüstan İşçi Partiyası – PKK-nın qolu kimi baxır.

PKK Avropa İttifaqında və ABŞ-da terrorçu təşkilat kimi tanınır.

Ərdoğan Əsədə “terrorçu” demişdi

24 saat” “
ABŞ və Suriya müxalifəti Ərdoğan-Əsəd yaxınlaşmasından narazıdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button