2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Abşeron icra başçısının biznes siyahısı yayıldı: Şərab evi, restoran, təndirxanalar – Video – Savash.org


Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların siyahısı yayılıb.

Savash.org xəbər verir ki, siyahını hərgun.az saytı yayıb. Siyahını təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

– Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt.

– Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi.

– Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran.

– Həmçinin, Abşeron ərazisində təndirxanalar.

Sayt yazır ki, xanım icra başçının əsas biznesi rəhbərlik etdiyi Abşeron rayonunda deyil Binəqədi rayonunun ərazisində yerləşir.

Bunlardan biri ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli “Zümrüd” uşaq bağçasıdır.

“Zümrüd” icra başçısının anasının adıdır. Obyektə rəhbərliyi onun qızı Vüsalə Gülməmmədova edir.

Maraqlıdır ki, Abşeronda , əsas da Xırdalanda uşaq baxçası azdır və vətəndaşlar yer tapmaqda çətinlik çəkir.

Bəs niyə başçı baxçanı “Varovski”də tikdirib? “Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir və “Zümrüd” Abşeronun kasıb camaatı üçün çox bahalıdır.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button