2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“AFB Bank” 2023-cü ilin II rübünü 5.5 milyon manat xalis mənfəətlə – başa vurub

®Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ilin II rübünü 5 milyon 495 min manat xalis mənfəətlə başa vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Cari ilin ilk 6 ayında xalis faiz gəlirləri üzrə 6.8 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 2.9 milyon gəlir əldə edilib.

“AFB Bank”ın  ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 11%, depozit portfeli isə 16% artmışdır. 

Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox (keçən il 1 milyondan bu il 11.5 milyona), hüquqi şəxslərin müddətli əmanətləri isə 10 % (keçən il 19.6 milyondan bu il 21.7 milyona) artmışdır. 

Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 14.1%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3.3% təşkil etmişdir.

Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40.23% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 23% olmuşdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 76 589 min manat təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir.

 

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button