2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Ağ Ev Gürcüstanın ərazi bütövlüyünə və NATO inteqrasiyasına dəstək bildirib

Gürcüstan baş naziri Giorgi Kvirikaşvilinin ofisi bildirir ki, Donald Trump mayın 8-də Ağ Evdə keçirilmiş görüşdə Gürcüstanın “suverenliyinə və ərazi bütövlüyünə Vaşinqtonun tam dəstəyini” ifadə edib.

AzadlıqRadiosu xatırladır ki, Tbilisi ilə onun Moskva tərəfindən dəstəklənən separatçı əraziləri – Abxaziya və Cənubi Osseyita arasında qarşıdurma davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Kvirikaşvilinin Ağ Ev görüşündən bir neçə gün əvvəl Donald Trump Moskvanın təzyiq və təcavüzünə məruz qalan ölkələrə böyük məbləğdə xərclər nəzərdə tutan federal büdcə qanununu imzalayıb. Bu qanunun müddəalarından biri sözü gedən fonddan “Rusiyanın əraziləri işğal etməsinə” dəstək ola biləcək xərcləri qadağan edir.

Kvirikaşvinin ofisindən verilmiş bəyanatda deyilir ki, “prezident Trump Gürcüstanın ABŞ-ın mühüm müttəfiqi və strateji partnyoru olduğunu vurğulayıb”.

Ağ Ev bu görüş barədə xüsusi məlumat yaymayıb.

Lakin Ağ Evdən alınan məlumata görə Kvirikaşvilinin həm də vise-prezident Mike Pence-lə görüşü olub və cənab Pence bu görüşdə “Gürcüstanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə” administrasiyanın dəyişməz dəstəyini ifadə edib.

Cənab Pence habelə “baş nazirin siyasi və iqtisadi islahatları həyata keçirən liderliyini təqdir edib”.

Vise-prezident bununla yanaşı, ABŞ-ınGürcüstanın NATO-da daxil, Avroatlantika təsisatlarına inteqrasiya siyasətini dəstəklədiyini bir daha təsdiq edib.

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqillyini 2008-ci ildə Gürcüstanla qısa müharibədən dərhal sonra tanıyıb.

Moskva bu iki regionda minlərlə hərbçi saxlayır. NATO və Qərb ölkələri bunu, vasitəçilyi Avropa İttifaqı tərəfindən edilmiş razılaşmalara zidd hərəkət hesab edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button