Gündəm
Ağcabədidə “VAZ”-la “Mercedes” toqquşdu: 1 yaralı
Ağcabədidə yol qəzası baş verib. Hadisə rayonun Boyat kəndinə qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən sürücü qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ”-ın sərnişini, rayonun İmamqulubəyli kənd sakini Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı İ.Hüseynovun vəziyyəti ağırdır.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.
24saat.org
Mənbə – azadliq.info