Sosial
Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 24saat.org-a verilən məlumata görə, rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.