2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ailə hakimiyyətinin maraqlarının üstün olduğu yenə büruzə verildi

AXCP sədri Əli Kərimli

İlham Əliyevin “əfv” sərəncamı başdan ayağa ictimaiyyətə hörmətsizlikdir.
Əvvəla ona görə ki, bu günlərdə hər hansı əfv sərəncamı olacaqdısa, bu 28 mayda – dövlətimizin qurulmasının 105-ci ildönümü münasibətilə olmalı idi. Dövlətin quruluş yubileyi necə ata yubileyinə qurban verilə bilər?
Bu sərəncam ailə hakimiyyəti maraqlarını dövlət maraqlarının önünə keçirməyin parlaq nümunəsidir.

Saytların yığılması Saytlarin yigilmasi

İkincisi, ölkənin həbsxanalarında 100 nəfərdən xeyli artıq siyasi məhbus varkən, əfv sərəncamı ilə 801 məhbus azad edilirkən, yalnız 2 nəfər siyasi məhbusun azad edilməsi rejimin repressiya siyasətinə sədaqətinin nümayişidir. Yeri gəlmişkən, əfv sərəncamı ilə azad ediləcək siyasi məhbuslar Əli Əliyev və Elçin Məmmədi təbrik edirəm.

Bu “əfv” sərəncamı həm də onun mesajıdır ki, İlham Əliyev zorla, həbslə, repressiya ilə idarə etmək siyasətindən məcbur olmadıqca imtina etməyəcək.
Ancaq məcbur olanda o xeyli siyasi məhbusu bir sərəncamla azad edə bilir. Biz yaxşı xatırlayırıq ki, Milli Şuranın 2019-cu il 19 yanvar mitinqindən sonra İlham Əliyevin əfv sərəncamı ilə 51 siyasi məhbus azad edilmişdi.

Bu yarımçıq əfv sərəncamı nəinki ailə hakimiyyətini, eləcə də “tələsməyin, zaman keçdikcə hakimiyyət də yavaş – yavaş dəyişəcək” deyərək insanları fəal mübarizədən çəkindirən “çoxbilmişləri”, intellektual yaltaqları, müxtəlif bəhanələrlə rejimi dəstəkləyənləri də ifşa etmiş oldu.
Bu yarımçıq əfv sərəncamı bir də İlham Əliyevi alqışlaya – alqışlaya tədrici islahatlara sövq edəcəyini iddia edən bəzi beynəlxalq dairələrin də yanaşmasının səhv olduğunu ortaya çıxardı.
Ancaq baş verən bütün neqativlərə rəğmən, unutmayaq ki, ən çətin vəziyyətlərdən də çıxış yolu var. Hazırkı acınacaqlı vəziyyətdən çıxış yolu isə xalqımızın yalan vədlərə inanmadan, heç kimə ümid olmadan, öz gücünə inanaraq, təşkilatlanmış şəkildə azadlıq və ədalət mübarizəsinə qoşulmasıdır.

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button