2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Alen Simonyan: Ermənistanı Azərbaycanla növbəti müharibəyə sürükləmək istəyirdilər

“Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək planı vardı”. 

Toplum TV xəbər verir ki, bunu fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, iki ölkə arasında genişmiqyaslı müharibə başladandan sonra sülhməramlı sifəti ilə bölgəyə gəlmək və Ermənistanla Azərbaycanın boynuna ilgək ataraq regionda növbəti sülh yaratmaq cəhdləri vardı ki, onlar harasa qaçmasınlar. 

Saytların yığılması Saytlarin yigilmasi

Simonyan bu planın hansı ölkəyə aid olmasına aydınlıq gətirməyib. 

Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsindən danışarkən isə o qeyd edib ki, ordu Ermənistanın sərhədlərini qoruyur: 

“Biz öz səylərimizlə sərhədlərimizi qorumaq üçün müxtəlif ölkələrdən silah gətiririk”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button