2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ali Məhkəmə vahid məhkəmə təcrübəsinə əlçatanlığı təmin etmək üçün qaydalar qəbul edib

Ali Məhkəmənin Plenumu vahid məhkəmə təcrübəsinə əlçatanlığı təmin edəcək yeni qaydalar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ali Məhkəmənin Plenumunun növbəti iclasında “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihə Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olmasının, eləcə də bu hüquqi mövqeləri özündə əks etdirən məhkəmə aktlarına əlçatanlığın təmin edilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları səsverməyə çıxarılaraq təsdiq edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button