2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Alman deputat:”Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur”

Avropa Şurasının seçki müşahidəçisi kimi fəaliyyət göstərən Almaniya Bundestaqının SPD parlament qrupunun insan hüquqları və humanitar yardım üzrə nümayəndəsi Frank Şvabe Azərbaycanda keçirilmiş prezident seçkisini şərh edib: “Azərbaycanda prezident seçkiləri azad və ədalətli deyildi. Seçki günündə seçki pozuntuları kütləvi idi.

Saytların yığılması Saytlarin yigilmasi

Sәsvermә bülletenlәri ilә seçki qutuları doldurulub. Bir neçə dәfә səsvermədən bəzi seçki məntəqələrində seçki qutularının polis mühasirәsinә alınmasına qәdәr, yerli seçki müşahidəçilərin hər şeyin olduqca yüksək dərəcədə təşkil olunmasına qәdәr әmr edilmişdi. Ancaq bu әsas problem deyil. Әsas problem azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməyən siyasi və sosial mühitdir.

Müxalifət boğulur, dövlət və özәl mediaya nəzarət olunur. Tənqidçilər həbsdədir. Tənqidiçi saytlar bloklanır.

ATƏT-in və Avropa Şurasının birgə Seçki Missiyası bəyanatında vəziyyətin daha real görünüşünü təsvir edilib. Əgər Azərbaycan Avropa ailəsinin və beynəlxalq ictimaiyyətin bərabər və hörmətli üzvü olmaq istəyirsə, tamamilə fərqli bir marşruta və Avropa Şurası ilə yeni və ciddi bir dialoqa başlamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını  və Venesiya Komissiyasının tövsiyələrini yerinə yetirmək lazımdır. Təəssüf ki, bu seçkidən əvvəl və sonra belə bir dəyişiklik olmayacaq.”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button