2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Almaniya Rusiyadakı seçkilərin nəticələrini tanımayıb

Şolts Putini təbrik etməyəcək

Almaniya hökuməti Rusiyada keçirilən Prezident seçkisinin nəticələrini tanımadığını açıqlayıb.

Bildirilir ki, Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini təbrik etməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Almaniya hökumətinin rəsmisi Kristian Hofman açıqlama verib.

Onun sözlərinə görə, hazırda Rusiya ilə təmaslar azalıb:

“Ümumiyyətlə, məntiqli olarsa, biz Putinlə danışmağa hazırıq. Amma indi belə planlar yoxdur”.

Biz açıq şəkildə bildirdik ki, seçkiləri legitim saymırıq. Həftə sonu Rusiyada keçirilən bu qondarma seçkiləri nə azad, nə də ədalətli hesab edirik. Nəticə əvvəlcədən bəlli idi. Bizim qiymətləndirməmizə görə, bu seçkilər demokratik deyildi, hədə-qorxu mühiti və həbslər vardı. Bu gün Rusiya kanslerin artıq bəyan etdiyi kimi, Vladimir Putin tərəfindən avtoritar şəkildə idarə olunan diktaturadır”, – deyə Hofman fikrini yekunlaşdırıb.

Rusiyada 15-17 mart tarixlərində keçirilən Prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səslə qalib gəldiyi bildirilir.

Rusiya MSK-nin məlumatına görə, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 5,09, Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov 4,21, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski isə 3,04 faiz səs toplayıb.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button