2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Almaniya XİN: Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli yoldadır

Bakı ilə Yerevan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. 

Toplum TV xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok fevralın 29-da Berlində sülh müqaviləsi layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan iki günlük danışıqları şərh edərkən bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yoldadır. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər addım vacibdir”, – Berbok özünün X sosial media hesabında qeyd edib. 

Xatırladaq ki, fevralın 28-də və 29-da Berlin şəhərində Almaniya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşü keçirilib. Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli formatda da danışıqlar aparıblar.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button