2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Almaniya XİN-i Mehman Әliyevin hәbsi ilә bağlı bәyanat verib

Bu gün Azәrbaycanın Turan İA-nin direktoru Mehman Әliyevin hәbsi ilә әlaqәdar Almaniya Xarici İşlәr Nazirliyinin İnsan Hüquqları üzrә federal komissarı Barbel Kofler bәyanat verib. Bәyanatda bildirilir ki; “biz müstәqil Turan İA-nın direktoru Mehman Әliyevin hәbs olunduğuna dair böyük narahatlığımızı bildiririk. Vergidәn yayınmaqda, qanunsuz işlәrdә, ofisdәn sui-istifadәdә ittiham olunan Mehman Әliyevә qarşı istintaq başlanılıb. Turan İA-nın hesabları bloklanılıb. Bu sәbәblәrdәn dolayı sentyabrın 1-dәn etibarәn Turan İA fәaliyyәtini dayandıracaq. Azәrbaycanda mәtbuat azadlığının vәziyyәti әvvәllәr dә pis idi. Biz Azәrbaycan hökumәtini ifadә azadlığı, mәtbuat azadlığı vә qanunun aliliyi ilә bağlı öhdәliklәrinә hörmәt etmәyә çağırırıq. Mehman Әliyev işini vә mәtbuat azadlığının vәziyyәtini daha da yaxından izlәyәcәyәyik.”

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button