2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Amerikalı maliyyəçi: “Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır”

“Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatmaq üzrədir”.

Bu sözləri amerikalı maliyyəçi, investor, Amerikanın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi Rey Dalio deyib.

“Dolların dominantlıq etdiyi dünya nizamı və qloballaşan iqtisadiyyat erası sona çatır. İndi böyük dövlətlər və onların müttəfiqləri iqtisadi, maliyyə və hərbi bloklar yaradırlar”, – deyə Dalio qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Maliyyəçinin sözlərinə görə, ABŞ, Avropa və Yaponiyada öz mərkəzi banklarından asılılıq yaranıb və nəticədə “çox böyük borcları yığılıb”.

O, sabit maliyyə sisteminə malik, ciddi daxili münaqişələri olmayan və digərləri ilə müqayisədə beynəlxalq münaqişələrə daha az həssas olan ölkələrin iqtisadiyyatlarına investisiya qoymağı məsləhət görüb. Dalio belə dövlətlərə misal olaraq İndoneziya, Vyetnam və Hindistanı göstərib.

The post Amerikalı maliyyəçi: “Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır” appeared first on 24 saat.

“24 saat “Amerikalı maliyyəçi: “Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button