2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Amerikalı səyyah: “Qarabağ İsveçrəyə bənzəyir”

“Qarabağı gördükdən sonra buranın dünyanın niyə arzuolunan bölgəsi olduğunu anladım və həqiqətən, bu yerlər İsveçrəyə bənzəyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Nyu-Yorkdan işğaldan azad olunmuş ərazilərə gələn səyyah Tay Mabry deyib.

“Qarabağda olmaq həyatımda ən yaxşı təcrübələrdən biridir. Bu yerlər bir çox tarixi əhatə edir. Hətta deyərdim ki, Qarabağa gəlmək böyük bir şərəfdir. Biz bura gələrək son üç ildə baş verənləri fərqli aspektlərdən gördük. Aparılan tikinti və bərpa işləri xoş təsir bağışlayır”, – deyə o bildirib.

Amerikalı səyyah ötən gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı da danışıb: “Bu təxribat bizə çox pis təsir etdi. Düşünürəm ki, münaqişə həll olunub və zorakılığa ehtiyac yoxdur”.

Qeyd edək ki, dünyaşöhrətli səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhərində yekun vurulub.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button