2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ankara və Moskva Suriyada atəşkəs razılaşmasını təsdiqlədilər


Reuters agentliyi xəbər verir ki, Türkiyə və Rusiya Ankarada 4 gün davam edən danışıqların nəticəsində Suriyanın İdlib qəzasında atəşkəsə dair razılaşma əldə ediblər. Martın 13-də Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, Rusiya və Türkiyə hərbçilərinin bu bölgədəki magistral yolda birgə çəkəcəkləri patrul xidməti martın 14-dən başlanacaq. Suriya münaqişəsində bir-birinə düşmən tərəfləri dəstəkləyən Türkiyə və Rusiya hələ martın 5-də İdlibdə atəşkəs rejiminin bərqərar edilməsi üçün razılığa gəlmişdilər.   Bu razılaşmaya qədər Moskva və Ankara arasında İdlibdə baş verənlərə görə gərginlik son həddinə çatmışdı. Bəzi müşahidəçilər Türkiyə və Rusiya silahlı qüvvələrinin birbaşa toqquşması ola biləcəyini bildirirdilər. Bu halda İdlibdən yeni qaçqlın dalğası başlana bilərdi. Tutulan ərazilər Assadda qalacaq Martın 13-də əldə edilmiş razılaşmaya görə Türkiyə və Rusiya İdlibdəki M4 şosse yoluna birgə nəzarət etməlidirlər. Bu yol Suriyanın qərb və şərq regionlarını birləşdirir. Bu da bildirilir ki, Rusiya və Türkiyə hərbçiləri magistralın hər iki tərəfində təhlükəsizlik dəhlizi yaradacaqlar. Reuters bildirir ki, son razılaşma Rusiyanın köməyi ilə Assad qüvvələrinin son günlərdə tutduğu ərazilərin Dəməşqin nəzarətində qalacağını təsdiqləyir. Lakin bununla yanaşı Türkiyə də özünün Suriya hökumət qoşunlarının nəzarəti altında olan ərazilərdəki postlarını saxlayacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button