2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“ANS-in qapadılması planı çoxdan mövcud idi”

Mehman Əliyev: “Ona qarşı “yuxarılarda” xüsusi bir münasibət formalaşmışdı”

 

Baş Prokurorluğun verdiyi məlumata görə, ANS şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işinə əlavə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, ANS-i terrorçuluğun təbliğində ittiham etmək nə dərəcədə məntiqlidir?

24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu barədə deyilənlərin cəfəngiyyatdan başqa bir şey olmadığını vurğuladı:

“Söhbət məlum Gülən məsələsindən gedirsə, orada terrora çağırış yox idi. Mən ANS-in bu məsələdə hər hansı iştirakını görmürəm. Bunlar cəfəngiyyatdır. ANS-in qapadılması planı yuxarı dairələrdə çoxdan mövcud idi. Buna dəfələrlə cəhdlər olub. 2006-cı ildə ANS bir neç günlük bağlandı. Sonra onun fəaliyyəti yenidən bərpa edildi.

ANS də digər kanallar kimi daim nəzarət altında olub. MTRŞ-ın ona qarşı qaldırdığı iddialar, cərimələr və s. onu göstərir ki, ANS-ə qarşı xüsusi  bir münasibət yaranmışdı. Hesab edirəm ki, bu bir bəhanədir. F.Güləndən götürülən hansısa müsahibəni terrorçuluğun təbliği kimi təqdim etmək cəfəngiyyatdır”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button